BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BAKI-QUBA YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM.. ARŞADIRMA – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  

Azərbaycana milyonlar bahasına başa gələn Bakı-Rusiya yolu demək olar ki, hal –hazırda lap bərbad vəziyyətə düşüb və yolun çox hissəsi çöküb.

Qubadan – Bakı istiqamətinə hərəkət etmək demək olar ki, bütün sürücülərin kabusuna çevrilib. Yol artıq o vəziyyətə gəlib çatıb ki, istər Bakıya gedən yerli əhali istərsədə bölgəyə gələn qonaqlar, turistlər yolun bərbad günə qalmasına görə ikinci dəfə bu yol ilə hərəkət etmək bələ istəmirlər. Yolun yamağ-yamağ olması, beton layların çökməsi nəqliyyat vaistələrinin tez bir zamanda sıradan çıxmasına gətirib çıxarır. Biz hələ həmin nəqliyyat vaistələrində gedib-gələn sərnişinləri demirik. Nəzərinizə çatdırmaq istəyirik ki, yol Nəqliyyat Nazirliyinin sifarişi ilə çəkilib istifadəyə veriləndə , bu yolun 30- il davamlı olacağı barədə nazirlik bəyanat yaymışdı. Çünki yolun tikintisi dövlətə 147- milyon manata başa gəlmişdi. Beləliklə adı çəkilən, beynəlxalq əhəmiyyətli bu magistral yol demək olar ki, son dövrlərini yaşayır.

Sürücü İsmayıl Ələkbərovun dedikləri: Mən özüm taski sürücüsüyəm. Demək olar ki , hər gün bu yolu bir dəfə gedib –gəlirəm.. Yolun vəziyyəti lap bərbad günə qalıb. Çarəmız yoxdur evimizə çörək pulu aparmaqdan ötrü bu yolu pisdə olsa gedib gəlməliyik. Biz hər gün gedib gəldiyimizdən yolun lap pis yerlərini tanıyırıq və maşının sürətini azaldırıq. Amma yolu tanımayan sürücülər üçün bu yol əsl təhlükə mənbəyidir..

Sürücünün dediklərində həqiqət var. Niyə? Çünki yolun bu vəziyyətinə bələd olmayan naşı sürücü bir istiqamətdə yolu tutub hərəkət edir və yolun bərbad yerlərini eyni anda maşınla qaçırmaq çox çətindir. Buda həmin nəqliyyat vaistəsinin qırılıb yolda qalmasına və yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.

Görəsən yolun bu vəziyyətdə olması şimal rayonlarının turizimnə necə təsir edir?

Turizm üzrə ekspert Nurlan İsrafilovun dedikləri: Artıq yay ayları olduğundan Quba-Qusar-Nabran kimi turistik bölgələrə insan axını çoxalır. İstirahətə gələn heç bir qonaq istəməz ki, yolu narahat , bərbad olan rayona dincəlməyə getsin. Çünki bu onun üçün həm narahatçılıq həmdə əlavə xərclər deməkdir.. Neçə dəfələrlə şahidi olmuşuq ki, dincəlməyə gələn qonaq yolu geri qayıdandan sonra nəqliyyat vasitəsinin təmir etdirdiyini bildirib.

Bildiyimiz kimi ölkəmizin bir çox rayonlarına turlar təşkil edən turizim şirkətləri kifayyət qədərdir. Bəs bərbad yollar turuzum şirkətlərinə əlavə xərclər hesabına başa gəlmir? Təşkil etdiyi turunun adının açıqlanmasını istəməyən tur rəhbəri Zamil Zərbəliyev bizə bildirdi ki, çalışdıqımız qədər yolları yaxşı olan rayonlara turlar təşkil edək. Amma hərdən də olur ki , istəkləri nəzərə alıb misal üçün şimal rayonlarına azda olsa səyahətlər təşkil edirik. Əlbətdə bunu da onunla əsaslandırıram ki, müqavilə bağladıqımız nəqliyyat şirkəti həmin yolların bərbad olmasından narazıdır və nəqliyyat vaistəsində əlavə xərclərə gətirib çıxarır.

Digər bir turizim şirkətinin səlahiyyətli nümayəndəsi Emil Dünyamalıyev isə bizə şimal rayonlarına əsasəndə Quba-Qusar -Nabran kimi turistik zonalara etdikləri turlar barədə məlumat verdi. Əvvəlcə onu deyim ki, biz ölkəmizin rayonlarından və yollarının vəziyyətindən aslı olmayaraq turlar təşkil edirik. Digər turizim şirkətləri ilə müqasiyyədə bizdə qiymətlər 5-10 manat baha başa gəlir. Bunun da səbəbi var. Birinci növbədə biz turda iştirak edən insanların tam təhlükəsizliyin düşünürük, ikinci isə turda iştirak edən insanları hər cür şəraitlə təmin edirik. Bu günə kimi təşkil etdiyimiz turlarla bağlı bir şikayyət qəbul etməmişik. Səfərə gedən tur zamanı sərnişin daşıyan nəqliyyat vasitələrimiz tam olaraq sıgortalanıb. Yəni sürücü istənilən yol şəraitində məsuliyyət hiss edir və yolun vəziyyətinə görə, nəqliyyat vaistəsini idarə edir. Şirkət tərəfindən sürücü heç vaxt tələsdirilmir ki, tez turu başa vursun. Əlbətdəki yollarımız nə qədər yaxşı və rahat olsa bizimdə işimiz uğurlu olar.

Artıq yeni yolun çəkilməsinə başlanılıb. Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyev Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək.

“AAY”-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İstixəbər.info-ya bildirib ki, artıq yeni yolun tikintisinə başlanılıb. İşlər sürətlə davam etdirilir. 2019-ci ildə qarşıya qoyulan əsas tapşırıq Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisini həyata keçirtməkdir. Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq 53 -kilometrliyinə kimi, 8 kilomertlik köhnə beton yolun yenidən tikintisi və dəniz qırağı ilə Bakı-Rusiya sərhədinə kimi olan hissəni əhatə edəcəyi gözlənilir. Avtomagistral yol 43-cü kilometrliyindən başlayaraq 208-ci kilometrədək olan hissəni əhatə edəcək. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq.

Ümüdvarıq ki, yeni çəkilən yollarımız uzun ömürlü , davamlı , ölkəmizə gələn turistlərin və sürücülərmizin tam ürəyincə olacaq.

Rəşad Orucoğlu

İstixeber.info

173 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26