BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı-Qazax yolunda minik avtomobili KamAZ-a çırpılıb, bir ailənin 3 üzvü ölüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info hadisə şahidlərinin verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun , rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvü olub.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26