BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən sərnişinlərin son 3 ay üzrə statistikası AÇIQLANDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən sərnişinlərin son 3 ay üzrə ( iyun,iyul, avqust ) statistikası açıqlanıb.

İstixeber.info xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, BBAK-dən həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlərə avtobus reysləri mövcuddur. Yay mövsümü ilə əlaqədar olaraq, hər iki istiqamətdə sərnişin sayında artım müşahidə olunurdu. Belə ki, qeyd olunan 3 ay ərzində ümumilikdə 38 089 reyslə
1 014 748 sərnişinin avtovağzaldan gedişi təmin olunub. Bunlardan 92 916 sərnişin beynəlxalq reyslərlə səfər edib. Beynəlxalq istiqamətlərdə İstanbul, Marneuli, Tbilisi və Batumi, şəhərlərarası istiqamətlərdə isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, mövsümlə əlaqədar olaraq Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək.
Xatırladaq ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “ Onlayn ” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26