BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Ramazan bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Ramazan bayramı ilə əlaqədar iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

İstixeber.info xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

REKLAM

Onun sözlərinə görə, BBAK tərəfindən sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.
Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq,avtovağzalın və Nizami küçəsi 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından və onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26