BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bərdədə avtomobil təmiri sexi partlayıb – YARALILAR VAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bərdə rayonunda ümumi sahəsi 30 kv metr olan avtomobil təmiri sexində “VAZ – 21099” markalı minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib.

İstixeber.info bildirir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb.

REKLAM Rayon sakinləri, 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-ci il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər hər iki yaralının vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.
Yanğın nəticəsində tikilidə olan avtomobil ehtiyat hissələri yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26