BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanlı məktəblinin uşaq dünyaya gətirməsi ilə bağlı yeni detallar məlum oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kişinin ailəsi faktın gizlədilməsi müqabilində qızıl təklif edib

İstixeber.info xəbər verir ki, Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində 11-ci sinif şagirdi, 16 yaşlı azərbaycanlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı yeni detallar məlum olub.

REKLAM

Yeniyetməni zorlamaqda günahlandırılan 40 yaşlı kənd sakini ona qarşı irəli sürülən ittihamları rədd edib.

O, qızın ailəsinin ondan 10 min lari pul tələb etdiyini bildirib.

Qızın ailə üzvləri isə zorlama faktının olduğunu qeyd edərək, 40 yaşlı kişinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Onlar bildiriblər ki, həmin kişinin ailəsi faktın gizlədilməsi müqabilində qızıl təklif edib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə və ya seksual xarakterli digər əməlləri nəzərdə tutan 140-cı maddəsi ilə istintaq aparır. İstintaq çərçivəsində dünyaya gələn uşağın atasının müəyyən olunması ilə bağlı genetik ekspertiza həyata keçiriləcək. Yeniyetməni zorlamaqda təqsirləndirilən şəxsi günahı sübuta yetiriləcəyi təqdirdə 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. \Report

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26