BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanlı gənc çoban Türkiyədə “işsizəm” deyənləri utandırdı….


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanlı gənc çoban Türkiyədə “işsizəm” deyənləri utandırdı….

İstixəbər.info saytı Missiya.Az  saytına istinad edərək  xəbər verir ki, 19 yaşlı həmvətənlimiz Qədir Niftəliyevin Türkiyənin Rizə bölgəsində çobanlıq etməsi türk mediasının marağına səbəb olub.

Belə ki, Türkiyənin Rizə bölgəsində 450 kiçik baş heyvan sürüsü sahibinin aylıq 2 min lirə (1000 manat)  maaşa çoban axtarışı nəticəsiz qalıb. Türkiyədə işsizlikdən şikayət edən gənclərin heç biri bu işi qəbul etməyib. Nəticədə təklifi bir tanışı vasitəsilə tapdığı azərbaycanlı Qədir Niftəliyev qəbul edib. 19 yaşılı Niftəliyev indi Türkiyənin Rizə bölgəsinin Çat vadisində ona əmanət edilən 450 baş heyvana çobanlıq edir.

Türk mediasına verdiyi müsahibədə bu işi çox sevdiyini deyən  Qədir  gün ərzində heyvanları otladır, axşamları bir yerə toplayıb özü də çadırda gecələyir.

Azərbaycanda da ailəsiylə birlikdə çobanlıq edən Qədirə indi Çat vadisində çoban itləri yoldaşlıq edir.

 

İstixəbər.İnfo İnformasıya Portalı

 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26