BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanlı bloqer izləyicilərinə pul və “Gelandewagen” verir – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Rusiyanın məşhur videobloqeri Hüseyn Həsənov yenidən izləyicilərini hərəkəti ilə heyrətləndirib.

İstixeber.info Oxu.az-a istinadən xəbər verir ki, o, şəxsi Instagram hesabında izləyicilər arasında ənənəvi müsabiqə keçirib.

Şərtlərə əsasən izləyicilər şəxsi Instagram səhifələrinin “hekayə” bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalıdır. Həsənov həmin şəxslər arasından seçim edərək onlara 100 min rus rublu hədiyyə verib.

Bununla yanaşı yaxın günlərdə müsabiqə yolu ilə videobloqer şəxsi “Gelandewagen” avtomobilini izləyicilərindən birinə hədiyyə edəcək. Bunu onun Instagram hesabının “tarix” bölməsinə baxdıqda, aydın görmək olar.

Qeyd edək ki, bu, azərbaycanlı Hüseyn Həsənovun sosial şəbəkə hesabında keçirdiyi ilk və yeganə müsabiqə deyil. Bundan bir müddət öncə o, özünün idarə etdiyi qırmızı rəngdə lüks “Ferrari” avtomobilini hədiyyə etmişdi.

Azərbaycanlı bloqer izləyicilərinə pul və "Gelandewagen" verir

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26