BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanın qadın polisi Avropa çempionu oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sankt-Peterburqda pauerliftinq üzrə Avropa çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumata görə, qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil edilib. Azərbaycan yığmasının heyətində mübarizə aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub.

REKLAM Qadınların yarışında dartma hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq qızıl medal qazanıb.

Xatırladaq ki, polis baş leytenantı Ədilə Qurbanova karate və pauerliftinq ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz iki dəfə dünya kubokunun qalibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksələn Ə.Qurbanova pauerliftinq üzrə üç dəfə respublika birincisidir.

İstixeber.info

80 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26