BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Azerbaijani AZ English EN French FR Russian RU Turkish TR

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva azərbaycanlıları 28 May – Respublika Günü münasibətilə təbrik edib.

İstixeber.info xəbər verir ki, təbrikdə deyilir:

“Əziz həmvətənlər,

Sizi Respublika Günü münasibətilə təbrik edirəm! 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib.

REKLAM

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq.
Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26