BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Azərbaycanı sevməyən qüvvələrin arzusu ürəklərində qalacaq” — Millət vəkili


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycan hər dəfə mötəbər beynəlxalq tədbir keçirən zaman, ölkəmizi sevməyən qüvvələrin əsl siması üzə çıxır. Ancaq hər dəfə də onların Azərbaycanla bağlı niyyətləri, arzuları, istəkləri gözlərində qalıb, puç olduğu kimi bu dəfə də belə olacaq”.

İstixeber.info xəbər verir ki, bunu “Ölkə.Az” a açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, bu qüvvələrə belə məqamlardan yararlanaraq, Azərbaycan qarşı  bütün variantlardan istifadə etməklə təbliğat  kampaniyası həyata keçirirlər.

REKLAM

“ Azərbaycana qarşı olan qüvvələr hər zaman istər siyasi, istər iqtisadi, istər mənəvi  cəhətdən dinimizə, dilimizə  qarşı hücumlara keçirlər. Çünki hazırda Azərbaycan müsəlman ölkələri arasıdna sabit həyat şəraiti yaşayan, hətta qonşu İran və Türkiyədən də sabit  həyat şəraiti olan ölkədir. Belə sabitliyin olması  təbii ki, bizi sevməyən qüvvələri narahat edir. Bu narahatçılıq da  belə məqamlarda  üzə çıxır. Biz bunun 2012-ci ildə Avroviziya Mahnı müsabiqəsi, 2015-ci ildə Birinci Avropa oyunları və digər tədbirlər zamanı şahidi olduq. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan dünyaya nümunəvi dövlət olan səviyyədə bu tədbirləri keçirərək, uğurla başa vurdu. Azərbaycan  sevməyən qüvvələrin arzuları ürəyində, istəkləri də gözlərində qaldı. İndi də belə olacaq”, – deputat bildirib.

F.İbrahimli əlavə edib ki, təsəvvür edin UEFA final matçının Bakıda keçirilməsi ərəaəfində Böyük Britaniya Xarici İşlər Nazirliyi səviyyəsində  vətəndaşlarına  Azərbaycanda sabitlik və təhlükəsilyin təmin olunmaması bəhanəsi ilə vətəndaşlarına  bu ölkəyə səfər etməmək çağırışı edir:

“Böyük Britaniyanın neft şirkətləri artıq 30 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir və onların vətəndaşlarına indiyədək hər hansı belə bir faktın baş vermədiyi  halda belə bir çağırışla çıxış etməsi  aydın deyil. Deməli burada hansısa məkrli  məqsədlər  var. Ancaq Böyük Britaniyanın Azərbaycandakı səfiri isə ondan tamamilə fərli bir mövqe sərgiləyərək bəyan edir ki, Azərbaycanda sabitlik və təhlükəsizlik ən yüksək səviyədədir və burada istənilən mötbər tədbirlər yüksək səviyyədə keçirilə bilər və Azərbaycan buna hazırdır.

Onu da əlavə edim ki, bu qüvvələr elə Qarabağ , Azərbaycan həqiqətləri məsələsində də belə mövqedə olublar”.

Millət vəkili hesab edir ki, belə məqamda  cəmiyyət ayıq olmalı və sabitliyin pozulmasına imkan verməməlidir:

 “Azərbaycanın müstəqilliyi hər bir vətəndaşın namus, qeyrət işi olmalıdır. Belə qüvvələrə qarşı dövlətin, xalqın birliyi ən böyük sipərdir.  Belə birlik var.  Ona görə də bu birlik nəticəsində bizə qarşı atılan iftiralar əvvəlki tədbirlərdə olduğu kimi dəf ediləcək. Oyunlar da yüksək səviyyədə keçəcək. Onların arzu və istəkləri gözlərində qalacaq. Azərbaycana gələn qonaqlar bir daha səslənən fikirlərin əsassız olduğunu görəcək və ölkəmiz haqqında çox yüksək fikirdə olacaqlar. İnanıram ki, onların bir çoxu sonradan Azərbaycan təbliğatçılarına çevriləcək”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26