BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda yol polislərinin səhvi – Tanınmış ekspertdən irad


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son günlər tez-tez yayılan DYP əməkdaşları ilə dialoq videolarına baxıb bir məqamın dəqiqləşdirilməsinə ciddi ehtiyac olduğunu gördüm. Videolardan görünür ki, DYP əməkdaşları yolayrıcına yaxınlaşan və hələ 1.1 bütöv xətti olmayan yerdə yerdəyişmə edən sürücülərə “1.18 xəttinin tələbini pozmaya” görə cərimə yazmaq istəyir. Bəri başdan deyim ki, bu tamamilə yanlışdır.

İstixeber.info xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, söhbət 1.18 nişanlanmasının (asfaltakı oxların) tətbiqindən və tələbindən gedir: “Bunu dəqiq bilmək, ilk növbədə, DYP əməkdaşlarına, həm də elə sürücülərə lazımdır.

“Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin VI hissəsinin 18-ci bəndinə əsasən, 1.18 oxları yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir. Hazırda qüvvədə olan standarta əsasən, bu nişanlanma yolayrıcı qarşısında bir-birindən 20-30 metr aralı olmaqla 2-3 dəfə təkrarlanaraq çəkilməlidir. Belə yolayrıcı qarşısında zolaqlar üzrə yerdəyişməni qadağan etmək üçün zolaqlar arasına 20-40 metr məsafədə 1.1 bütöv ağ xətt də çəkilməlidir. Belə halda yolayrıcına ən yaxın 1.18 oxu həmin bütöv xəttin başlanğıcında çəkilməlidir. Yəni yolayrıcına yaxınlaşanda son gördüyümüz 1.18 oxu yolayrıcından 20-40 metr aralı, ondan əvvəlkilər isə yolayrıcından daha uzaqda (təxminən 40-70, 60-100 metrdə) olacaq. Təbii ki, yolayrıcından uzaqdakı 1.18 oxları olan yerdə zolaqlar arsında 1.5 qırıq-qırıq xətti olacaq.

Əsas vurğulamaq istədiyim də odur ki, sürücünün qarşısına ilk çıxan 1.18 oxları olduğu yerdə onun üçün heç bir məcburi tələb irəli sürmür. Sürücü həmin yerdə 1.5 xəttini manevr qaydalarına uyğun istənilən tərəfə kəsib keçə bilər. Bu, qayda pozuntusu deyil və əslində sürücüyə qabaqcadan deyir ki, yolayrıcında fərqli istiqamətə gedəcəksənsə, buyur, indidən zolağını dəyiş.

Beləliklə, 1.18 oxu müvafiq hərəkət zolağında olan sürücünü YALNIZ YOLAYRICINDA oxda göstərilən istiqamətdə (istiqamətlərdə) getməyə məcbur edir. Sadəcə yolayrıcına 20-40 metr qalmış artıq bütöv xətt başladısa, zolaqda yerdəyişmə də qadağandır. Ona görə də bütöv xətlərin arasına daxil olana qədər zolaqlarda yerdəyişmə tam qaydalar çərçivəsindədir.

Həm də nəzərə alaq ki, yolayrıcında hərəkət istiqamətləri zolaqlar üzrə paylanırsa, 5.8.1 və ya 5.8.2 nişanı qa qoyulmalıdır. Yəni 1.18 oxları bu nişanları tamamlamalıdır”./milli.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26