BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda yataqxanada yanğın. İnsanlar təxliyə edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Göyçay rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

İstixeber.info xəbər verir ki, hadisə bu gün 11:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində, Göyçay Peşə Liseyinin yataqxanasında baş verib. Yanğın beşmərtəbəli binanın 2, 3, 4 və 5-ci mərtəbələrində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.


Hadisə zamanı yataqxana binasında yaşayan 33 məcburi köçkün ailəsi və 17 yerli ailə təxliyə edilib.
Yanğınsöndürənlərin operativliyi sayəsində köhnə taxta konstruksiyalı binada baş verən yanğının genişlənməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26