BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda universitet bağlandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı İslam Universiteti fəaliyyətini dayandırıb.

İstixəbər.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Onun sözlərinə görə, QMİ Bakı İslam Universitetinin təsisçisi olaraq, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib:

“Qərar İlahiyyat İnstitutunun yaranması ilə bağlıdır. Həmin ixtisaslar üzrə institutda pulsuz tələbə qəbulu həyata keçirilir. Bu il universitetə qəbul olan tələbələrin İlahiyyat İnstitutuna yerləşdirilməsi haqqında müvafiq iş aparılıb”.

Rəhimə Dadaşova qeyd edib ki, digər kurslarda oxuyan tələbələr təhsillərini davam etdirəcəklər.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26