BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda toy rəqsə görə yasa döndü.-YENİLƏNİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıdan gələn bəyin sağdışı öldürüldü

Qusarda toyda baş verən qətlin bəzi təfərrüatları məlum olub. Gədəzeyxur kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, 13 gündən sonra 30 yaşı tamam olacaq İlham Qədirovu toyu olan Elnur Babayevin dayısı 39 yaşlı Səlim Mirzəbəyov bıçaqla qətlə yetirib.

Mərhum İlham Qədirov bəyin sağdişi olub, onun bəyin dayısı Səlim Mirzəbəyovla mübahisəsi rəqs eləmək üstündə düşüb. Mübahisə nəticəsində bəyin dayısı Səlim Mirzəbəyov İlham Qədirovu bıçaqlayıb.

Yaralı rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb. Mərhum bəyin bibisinin kürəkəni olub. Mərhumun meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

Saat 09:33

Qusarda toyda ölüm hadisəsi. Bakıdan gələn qonaqlardan biri qətlə yetirilib.

İstixəbər.info İstiPress-in Şimal bürosuna istinadən xəbər verir ki, Qusarın Gədəzeyxur kəndində keçirilən toy yasa dönüb. İyulun 8-i gecə saat 23.30 radələrində kənddə Xalid adlı şəxsin oğlunun toyuna Bakıdan qonaq gələn, 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb.

Məlumat  daxil olan kimi rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri və əməkdaşları hadisə yerinə gəlib. Qanlı olayın baş verdiyi toy yeri müayinə olunub, şahidlər dindirilib.

Qusar rayon polis şöbəsi əməkdaşlarının apardığı bir neçə saatlıq əməliyyat tədbiri nəticəsində hadisəni törədən şəxs- Gədəzeyxur kənd sakini, 39 yaşlı Səlim Balabəy oğlu Mirzəbəyov isti izlərlə saxlanılıb. Səlim Mirzəbəyov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Rayon prokurorluğunda CM-nin 120.1-qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb. Mərhum İlham Qədirovun Bakının Qala qəsəbəsində yaşadığı, amma Qusar şəhərinin Müqtədir küçəsi-79 ünvanında pasport qeydiyyatında olduğu deyilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26