BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda rəzalət! – Qadın ərinin bibisi oğluna qoşulub qaçdı, övladlarını isə…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bərdədə baba və nənəsi tərəfindən xəstəxanaya atılan uşaqlara ataları sahib çıxıb. 

İstixeber.info xezer.tv-yə istinadən xəbər verir ki, uşaqların atası, Bərdənin Körpüqıran kənd sakini Sərxan Kərimov hadisədən xəbərsiz olduğunu bildirib.

Hadisədən xəbər tutan ata Sərxan Kərimov dərhal xəstəxanaya müraciət edərək uşaqlarını geri götürüb. Rayon icra hakimiyyəti nümayəndələri və hüquq-mühafizə orqanlarının iştirakı ilə sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib.

Ailənin iddialarına görə, uşaqların anası həyat yoldaşının bibisi oğlu ilə bir müddət telefonla danışıb. Sərxan Kərimov da bundan xəbər tutduğundan bir neçə dəfə aralarında mübahisə baş verib. Sonuncu mübahisə zamanı isə qadın evdən qaçıb.

Uşaqlara sahib çıxmaq istəməyən qadının atası və anası onları xəstəxanaya atıb.
Bərdə rayon prokurorluğundan verilən məlumata görə, Tərtərin Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradova barəsində valideyn himayəsindən məhrum olunmuş nəvələrini həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq getmələri faktı ilə bağlı cinayət işi başlanılıb.

İstintaqın aparılması rayon polis şöbəsinə tapşırılıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26