BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda rəqqasə cinsiyyətini dəyişmək istəyir – “Bədənimin ən hörmətli yerini sığorta etdirəcəm”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info Azərbaycanlı oriental rəqqasə Səidənin Teleqraf.com-a müsahibəsini təqdim edir.

– Son zamanlar rəqs videolarını sosial şəbəkədə bir çox səhifələr paylaşırlar. Amma həmin videoya yazılan tənqidlər ürəkaçan deyil…

– O tənqidlər məni narahat eləmir. Çünki indi hamı üçün elə sözlər yazırlar. O videoların altında pis sözlər yazanlar ilk növbədə özlərinə yaxşı-yaxşı baxsınlar. Onlar pis söz yaza-yaza biz qabağa gedirik. Nə olacaq ki?

– Rəqqasəlik sənətində nə yenilik etmək istəyərdin?

– Bu yaxınlarda Şahdağda qarda rəqs etmişəm. Bu klip hələ hazır deyil, işlər gedir. Maraqlı yeniliklərim var. İstəyirəm o biri rəqqasələrdən fərqlənim. Eynilik yorucudur.

– Azərbaycanda rəqqasəlik niyə birmənalı qarşılanmır?

– Düzdür, yaxşı qarşılamıram. Amma əslində ərəb rəqsi islam ölkəsindən gəlib. Bu rəqsi ilk olaraq bəylər oynayıb. Onu pis qarşılamaq düz deyil. Amma bu gün çoxları öz toylarında, xeyir işlərində oriental rəqs istəyirlər.

– Bəlkə də rəqqasələrin yaxşı qarşılanmamağının əsl səbəbini bəzi rəqqasələrin özü yaratdı?

– Bəli, bir çox rəqqasələr səbəb yaratdı. İndi rəqqasələr çoxdu. Amma 3-4 yaxşı rəqqasə olsa, bəs edər. İndi instaqramda rəqqasə yazırsan, nə qədər rəqqasə adında insanlar çıxır. Dəxilsiz rəqqasələr çoxdu.

– Hansı rəqqasələr səndən yaxşı oynayır?

– İndi bir söz deyəcəm, xətirlərinə dəyəcək. Hər zaman mən düz danışıram, onların da acığına gedir. Heç biri məndən yaxşı oynaya bilməz. Hərəsi özü üçün oynayır.

– Bəs bəyəndiyin rəqqasə varmı?

– Bəyəndiyim də var, bəyənmədiyim də.

– Adlarını çəkə bilərsən?

– Yox, adlarını deyə bilmərəm. Özləri yaxşı bilir ki, kimi bəyənib, kimi bəyənmirəm. Amma eləsi var ki, bir köpüklük oynaya bilmir. Amma özünü “Nömrə 1” sayır.

– Bəlkə ad çəkməməyin cəsarətsizliyinin əlamətidir?

– Yox, 1-2 dəfə adını çəkdim, çox söz-söhbət oldu.

– Azərbaycanda 90% rəqqasələrin ailəsi yoxdu. Yəni şəxsi həyatları uğursuz olur. Bəs səndə necə?

– Yox, subayam. Ailə qurmuşam, ailəmdən də ayrılmışam. Səbəblər var idi, ona görə də ayrıldım.

– Səbəb nə idi?

– Heç bir zaman şəxsi həyatım barədə danışmıram. Amma ilk dəfə bu mövzuda açıqlama verəcəm. Sevərək ailə qurdum, amma alınmadı. Həyatım elə də xoş olmayıb, işgəncələrlə keçib.

– İşgəncə deyərkən nəyi nəzərdə tutursan?

– Əziyyət, döyülmə… Zorakılıq oldu. Amma mən heç bir yerə şikayət etmədim. Çünki övladlarım var idi.

– Həyat yoldaşından ayrılandan sonra rəqqasə oldun?

– Mən müəlliməliyi oxumuşam. Amma o peşə üzrə işləmədim. Boşanandan sonra rəqqasə oldum. Çünki rəqqasəliyi çox sevirdim. Uşaq vaxtı milli rəqslər oynamışam. Bilirdim ki, yoldaşım rəqqasə olmağıma razı olmayacaq. O rəqqasəliyə elə də yaxşı baxmırdı. Elə ona görə də mən öz, o da öz yolunu seçdi.

– Rəqqasə olduğunu bilir, sənə qarşı münasibəti necədir?

– O, burda yoxdur. Yəqin ki, bilir. Heç mənim marağımda deyil.

– Bir çox dünya ulduzları bədəninin müxtəlif yerlərini sığorta etdirir. Sənin elə bir fikrin varmı?

– Hə, niyə də yox? Pis çıxmasın, bədənimin ən hörmətli yerini sığorta etdirəcəm. O hansı yeridir, adın çəkmiyəcəm. Artıq bilən bildi ki, o hansı hissədi. Hansı ki, bu günə qədər heç bir məşhur həmin yerini sığorta etdirməyib.

– Rəqqasə kimi özünü Azərbaycandan kənarda da tanıtmaq fikrin varmı?

– İstəyərdim. Türkiyədən təkliflər də almışam. Amma evdən icazə vermirlər.

– Rəqqasəlikdən savayı nə ilə Azərbaycanı xarici ölkədə təmsil edə bilərsən?

– Müğənni də olmaq istəyərdim. Mənə çox vaxt deyirlər ki, gözəl səsin də var. Niyə də olmasın ki? Oxuya da, oynaya da bilərəm. O cəsarət məndə var. Mənə bilirsiz nə maraqlıdır, niyə bəzi müğənnilərimiz ailə dağıdır? Kiminsə ailəsini dağıdıb, ailə olmaq düzgün deyil. Əgər biri ilk ailəsinə dəyər vermir, sənə necə dəyər verəcək ki? Pula görə mənliyini satan insanlar var. Onların adlarını çəkməyə ehtiyac yoxdur.

Bir də məni bilirsiz nə narahat edir? Bəzən mənim videomun altında yazırlar ki, “transa oxşayırsan”. Artıq bu sözə adi baxıram. Əvvəl qıcıq olurdum, amma indi yox. Gözəl xanımı ya transa, ya da başqa kiməsə oxşadacaqlar. Belə baxıram ki, bu gün onsuz da bəzi kişilərin sözü keçmir. Onların yerinə kişiciklərin sözü keçir. Amma mən istəyərdim ki, cinsiyyətimi dəyişim. O sözü keçməyənlərin yerinə mənim sözüm keçsə, yaxşıdır. İstəyərdim ki, kişi olum. İmkanım olsa, bu gün etdirərəm. Pis baxan da özü bilər. Burda nə var ki? Onsuz da o sözü deyirlər. Tənqidlərdən qorxmuram. Kukla kimi qızın fotosunu da İnstaqramda paylaşanda, pis nəsə yazırlar.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26