BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Azerbaijani AZ English EN Russian RU Turkish TR

Azərbaycanda polis özünü asdı. 15 min manatdan…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xırdalanda polis əməkdaşı ağır maddi durumu səbəbindən intihar edib.

İstixeber.info xəbər verir ki,  bu barədə Abşeron rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 17-də axşam saatlarında 37 yaşlı Hətəmov Rəşid Feyruz oğlunun meyiti yaşadığı evdə asılmış vəziyyətdə aşkarlanıb. R.Hətəmov Bakı metrosunda post-patrul xidmətində çalışıb.

Əldə etdiyimiz məlumata görə, intihar şənbə günü baş verib. Polis serjantı R.Hətəmovun iki gün iş yerinə gəlməməsi metropolitendə narahatlığa səbəb olub. Məlum olub ki, o, həyatına son qoymazdan bir neçə gün əvvəl ailəsini İsmayıllı rayonuna aparıb.

Hazırda intihar faktını Abşeron rayon Prokurorluğu araşdırır. Hadisə yerində kriminalistlər məktub tapıb. Orada R.Hətəmovun kimlərə borcunun olduğu və müvafiq olaraq məbləğləri göstərilib. Polis əməkdaşının ümumilikdə 15 min manatdan çox borcu yığılıb.

İlkin ehtimala görə, onu bu addımı atmağa məhz maddi sıxıntı və yığılan borcları vadar edib.(oxu.az)

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26