BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda pərdə-plyonkaya görə cərimə ləğv edildi? – RƏSMİ AÇIQLAMA


Azərbaycanda pərdə-plyonkaya görə cərimə ləğv edildi? – RƏSMİ AÇIQLAMA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son günlər Azərbaycanda minik avtomobillərinə pərdə və plyonka vurulmasına cərimə yazılmasının ləğvi barədə xəbərlər yayılıb.

İstixeber.info xəbər verir ki, yayılan xəbərlərdə bildirilir ki, guya ölkəmizdə pərdə və plyonkadan istifadəyə tam icazə verilib, artıq yol polisinin bort-kompüterlərindən həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi silinib.

REKLAM

Bununla da avtomobilin nəinki arxa yan şüşələrinə, eləcə də qabaq yan şüşələrə də plyonka və ya jalüz pərdə vurulmasına icazə verilib.

Məsələ ilə bağlı “avtosfer.az”a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirdi ki, həqiqətən də son günlər belə şaiyələr yayılmaqdadır. Lakin bunun heç bir əsası yoxdur:

“Hansısa cərimənin ləğvindən söhbət gedə bilməz. Sadəcə olaraq, mayın 1-dən noyabrın 15-dək minik avtomobillərinin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanan ötüklərin çəkilməsinə icazə verildiyi üçün bu əmələ görə cərimə yazılmır.

Digər hallarda, yəni tünd örtüklər, eləcə də plyonka vurulduqda sürücülər məsuliyyətə cəlb olunacaqlar. Sürücülərə müraciət edərək bildiririk ki, yayılan şayiələrə inanmasınlar, qanun dəyişməyib, qaydalara əməl etmək lazımdır”.

Milli Məclisin deputatı Çingiz Qənizadə Avtosfer.az-a bildirdi ki, arxa yan şüşələrə örtük qadağasının heç bir mənası yoxdur:

“Lakin hansısa cərimənin və ya maddənin ləğv edilməsi yalnız qanunla tənzimlənir. Milli Məclisdə belə bir qanun qəbul edilmədiyi üçün DYP-nin bort-komputerlərindən hansısa cərimənin silinməsi inandırıcı deyil. Amma ola bilsin gələcəkdə bu məsələyə parlamentdə baxılsın”.

İstixeber.info

62 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26