BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda müşahidə olunan toz dumanı ilə bağlı RƏSMİ açıqlama


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Son dövrlərdə Azərbaycan ərazisində müşahidə olunan toz dumanı, əsasən, antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır”.

İstixəbər.info xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir: “Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir. Ətraf mühitə atılan və axıdılan tullantılar yol verilən normadan artıq olduqda vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq 2500-4000, hüquqi şəxslər isə 10,500-12,500 manat cərimə olunacaq”.

U.Tağıyeva bildirib ki, tozlu hava şəraiti Azərbaycanda daha çox Abşeron yarımadasında qeyd olunur: “Toz dumanları müşahidə olunanda eyni zamanda atmosferə atılan zərərli maddələrin toplanması üçün əlverişli meteoroloji şərait yaranır. Buna görə də həmin vaxtlar toz-dumanı ilə yanaşı, digər zərərli maddələrin də havada artması insan orqanizminə əlavə risklər yaradır, əsasən də, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən insanlara mənfi təsir göstərir”.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26