BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda məhbus daşıyan maşın qəzaya düşdü – XƏSARƏT ALANLAR VAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

İstixeber.info xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

REKLAM

Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil “Mercedes” markalı minik maşını ilə toqquşub. Baş verən qəza nəticəsində məhbus daşıyan maşında olan şəxslər  – polis əməkdaşı, 1988-ci il təvəllüdlü Anar İlham oğlu Alışov, məhbuslar – Balakən rayonu Talalar kənd sakini, 1987-ci il təvəllüdlü Asəf Mustafa oğlu Yolçuyev və Balakən rayonu Tülü kənd sakini, 1973-cü il təvəllüdlü Xalid Məcid oğlu Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26