BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir – Yana Batırşina


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir.

İstixeber.info bildirir ki, bunu Trend-ə Rusiyanın əməkdar idman ustası, müxtəlif beynəlxalq idman yarışlarının qalibi, Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşina deyib.

Y.Batırşina bildirib: “Biz hamımız Azərbaycan Gimnastika Federasiyasının prezidentinin kim olduğunu bilirik – bu, Birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevadır. Əlbəttə, bunların hamısı onun sayəsindədir, bunlar hamısı onun böyük xidmətidir. Mehriban Əliyevanın gimnastikanı necə sevdiyi, nə qədər güc və ruhunu qoyduğu görünür və bu işin nəticələri göz qabağındadır”.

REKLAM

Əməkdar idman ustası qeyd edib ki, Azərbaycanda bədii gimnastika böyük addımlarla inkişaf edir.

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının yekunlaşması haqqında danışan Y.Batırşina yarışların təşklilinin yüksək səviyyəsini və həm gimnastlar, həm də tamaşaçılar üçün yaradılan yaxşı şəraiti qeyd edib.

Olimpiya Oyunlarının gümüş mükafatçısı həmçinin Azərbaycan gimnastlarının ustalığını dəyərləndirib. Onun fikrincə, ölkənin gəlnclərdən ibarət yığması əsas heyətin layiqli əvəzidir.

Bundan əlavə, Y.Batırşina azərbaycanlı gimnast Zəhra Ağamirovanın çıxışını da qeyd edib: “Zəhra Ağamirova çox güclüdür, mən onun bəzi çıxışlarına, məsələn, topla çıxışına mən vurğunam”.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26