BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda diri toyuqların satışı məhdudlaşdırılacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşüb. 

İstixəbər.info xəbər verir ki, AQTA-dan verilən məlumata görə, quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə ölkə ərazisində müvafiq sahə üzrə qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların maarifləndirilməsi sahəsində əlaqələndirilmiş birgə fəaliyyətlərin istiqamətləri müəyyənləşdirilib və birgə bəyanat qəbul edilib.

Bəyanatda bildirilib ki, agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

Bu istiqamətdə Azərbaycan Respublikasi Quşçular Cəmiyyəti isə idxal olunan yem və yem məhsulları üzrə mövcud qanunvericiliyin tələblərinə riayət olunması, quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsi, istehsal olunan məhsulların ölkədə mövcud standartlara və keyfiyyət tələblərinə uyğun təşkil olunması, heyvan sağlamlığından irəli gələn tələblərə əməl edilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə normayaratma və digər istiqamətlərdə əməkdaşlıq edilməsi, istehlakçıların maarifləndirilməsi istiqamətində sosial videoçarxların hazırlanması və sahənin inkişafı üzrə təkliflərin irəli sürülməsini təmin edəcək./azxeber.com

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26