BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda dəvə adam öldürdü..


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Çox nadir təsadüf edilən hadisə baş verib

Xızıda acıqlanmış dəvə işçini vurub öldürüb.

İstixəbər.info İstiPress-in şimal bürosuna istinad edərək xəbər verir ki, hadisə Xızının Altıağac qəsəbəsində yerləşən “Cənnət bağı” istirahət mərkəzində baş verib.

Aqressiv dəvə qəfildən orada fəhlə işləyən Ağcabədi rayon sakini, 58 yaşlı Əlibala Əliyevə hücum edib. Aldığı xəsarətdən işçi yerindəcə ölüb.

Əldə etdiyimiz məlumata görə, hadisə zəlzələdən sonra baş verib. Özünü dəvənin saxlanıldığı yerə çatdıran Əlibala Əliyevə heyvan qəflətən hücum edib və boyun nahiyəsindən tutub xəsarət yetirib. Dərhal keçinən istirahət mərkəzinin işçisinin dəvənin yanında meyiti səhər saat 10 radələrində aşkar edilib.

Hadisə vaxtı onun yanında heç kim olmayıb. Yerli sakinlərdən aldığımız məlumata görə, dəvənin adam öldürməsi çox nadir təsadüf edilən hadisədir.

Xızı prokurorluğunda faktın araşdırılmasına başlanılıb.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26