BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda dəhşət – Sosial şəbəkədə tanış olduğu qızı meşəyə apardı və… – Təfərrüat


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şamaxı rayonunda zorlama hadisəsi baş verib.

İstixəbər.info xəbər verir ki, rayon sakini Ramil Dəmirov həmyerlisi Səlimə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə sosial şəbəkədə tanış olub.

Sonra Ramil Dəmirov Səlimə ilə isti münasibət qurub və qızı görüşə çağırıb.

Ramil Səliməni aldadaraq meşəlik əraziyə aparıb və orada zorakılıq göstərəkərək onunla cinsi əlaqədə olub.

Daha sonra o, Səliməyə hədə-qorxu gələrək ikinci dəfə də intim əlaqəsində olub.

Daha sonra Ramil Səliməyə qarşı soyğunçuluq edib. O, Səlimənin üstündə olan pul və qızılını alıb.

İstintaq orqanı tərəfindən Ramil Dəmirovun barəsində Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı Ramil Dəmirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Şamaxı rayon Məhkəməsinə təqdimat göndərib.

Hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanının təqdimatına baxılıb və təmin edilib.

Ramil Dəmirovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir./teleqraf.com

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26