BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda 28 yaşlı gənc böyrəyini satışa çıxardı – Övladına görə…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Övladının ac qalmağını istəməyən ata daxili orqanını satmaq qərarına gəlib.

İstixeber.info-un məlumatına görə,  bu barədə Lənkəran şəhər sakini Hafiz Şahbazov Unikal.org-a açıqlamasında bildirib. O, 1 yaşlı övladının ehtiyaclarını ödəmək üçün böyrəyini satışa çıxarıb:

“Mən işləmədiyim üçün, daha doğrusu, iş tapa bilmədiyim üçün maddi vəziyyətim çox çətindir. Bir övladım var və onu saxlamağa imkanım yoxdur. İşsizəm özümün borclarım var. Normal maaşı olan iş tapa bilmirəm. Ailəmi dolandırmalıyam. Ali təhsilim yoxdur, montajçı, quraşdırıcı kimi işləmişəm. İki ay bundan əvvələ qədər işləyirdim. Ailəmi dolandıra bilmədiyim üçün könüllü olaraq böyrəyimin birini təcili satmağa qərar vermişəm. Sosial şəbəkələrdə və internet resurslarında elan vermişəm. Böyrəyimi 14 min manata satıram”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26