BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan hərbi dənizçiləri birinci oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında futbol yarışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstixəbər.info saytına verilən məlumata görə, birinci mərhələdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu isə Rusiya dənizçilərinin qələbəsi ilə başa çatıb.

Final oyunlarında İran dənizçiləri Qazaxıstan komandasına, Azərbaycan komandası isə rusiyalı hərbi dənizçilərə qalib gəlib.

Beləliklə, futbol üzrə dostluq turnirində Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26