BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Avtomobilsiz istirahət günü – Bakıda VELOYÜRÜŞ – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstilik effekti yaradan qazların azaldılmasına töhfə verən və avtomobilsiz istirahət günü ənənəsini təbliğ edən veloyürüş başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İstixəbər.info-ya verilən məlumata görə, “Az avtomobil çox həyat” devzi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə 07 oktyabr 2018-ci il tarixində keçirilən veloyürüş başa çatıb.

Avtomobilsiz istirahət günü ənənəsini təbliğ edən veloyürüş Azneft meydanından saat 11-00-da start götürüb, Heydər Əliyev Mərkəzinədək davam edib.

Yürüşdən əvvəl iştirakçılara təhlükəsizlik qaydaları barədə məlumat verilib. ETSN-nin əməkdaşlarının da qatıldığı veloyürüşə 200 nəfərdən artıq  iştirakçı qoşulub. Aksiyanın sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iştirakçılara diplom və təşəkkürnamələr verilib.

Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Xatırladaq ki, veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin və  “İsma bike”-ın iştirakı ilə baş tutub.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26