BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Avtomobillərdə benzin sərfiyyatı artıb – Azaltmaq mümkündürmü? – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Havaların isinməsi avtomobillərdə benzin sərfiyyatını artırır.

REKLAM

İstixeber.info xəbər verir ki, son günlər temperaturun qalxması ilə kondisonerdən istifadə edən sürücülərin də sayı çoxalıb.

Sürücülər deyir ki, 100 kilometr məsafədə təxminən 1-1,5 litr daha çox yanacaq sərf edilir.

Avtomobil ustaları isə deyir ki, qışa nisbətdə yayda benzin sərfiyyatı azalmalıdı. Amma avtomobillərdə kondisioner işlədiyindən benzin sərfiyyatında artım olur. Lakin sərfiyyatı bəzi qaydalara əməl etməklə azaltmaq mümkündür.

Avtomobil ustası Pərviz İsmayılovun sözlərinə görə, yayda ən tez sıradan çıxan detallardan biri benzin nasoslardır. Benzin sistemi isə birbaşa mühərriklə bağlı olduğundan onu vaxtında yoxlatmaq lazımdır.

Ustalar onu da bildirir ki, bəzi sürücülər yay aylarında avtomobili işə salarkən ümumiyyətlə onu qızdırmır. Əslində isə mühərrik minimum 1 dəq. işlək vəziyyətdə olmalıdır. (xezerxeber)

108 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26