BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən Saatlı rayon sakini R.Qubadov iyulun 22-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

İstixəbər.info DİN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, ​polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Zabit Məhərrəmov olduğu, qeyd edilən avtomobili hissələrə bölərək satdığı, kuzov hissəsini isə yandırdığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26