BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Avtomobil oğruları saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda və oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyindən İstixəbər.info-ya bildirilib ki, Sabunçu rayon Polis idarəsinin (RPİ) 13-cü polis bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb.

Sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Çingiz Feyzullayevin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Nərimanov RPİ 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən isə sentyabr ayı ərzində rayon ərazisində 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26