BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Avtomobil 15 yaşlı gənci vurub – Yevlaxda


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

Belə ki, Ağdam rayonundan məcburi köçkün olan, 1991-ci il təvəllüdlü Nizami Şirinov idarə etdiyi “VAZ-21023” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Cəlal Qasımovu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan aldığımız məlumata görə, C.Qasımovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26