BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Avroviziya – 2019” beynəlxalq mahnı müsabiqəsinin finalı başladı — CANLI YAYIM


“Avroviziya – 2019” beynəlxalq mahnı müsabiqəsinin finalı başladı — CANLI YAYIM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Avroviziya – 2019” beynəlxalq mahnı yarışmasının finalı başlayıb.

İstixeber.info xəbər verir ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev 20-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış edəcək.

REKLAM

Birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə – Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizəyə başlayır.

Bütün çıxışlar yekunlaşdıqdan sonra müsabiqədə iştirak edən 41 ölkə ilə canlı bağlantı qurulacaq. Hər bir ölkənin tanınmış siması 1-dən 12-dək digər ölkələrin hesabına səs göndərəcək. Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dildə elan edəcək.

Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Keçirilən bu özəl səsvermə prosesi yarışmanın ən çox maraq və müzakirə olunan anlardan biridir. Bu cür səsvermə şəffaflığın təmin edilməsi məqsədi ilə aparılır.

Yarışmaya əlavə rəng qatmaq üçün illər öncə “ Eurovision”da qalib gələn və yaddaşlarda həkk olunan Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka çıxış edəcək. Mahnı müsabiqəsinin fəxri qonağı dünya şöhrətli müğənni Madonna olacaq. Pop kraliça bu gecə səhnədə özəl repertuar və gözoxşayan şou sərgiləyəcək.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

Qeyd edək ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səs vermə hüququna malikdir.\olke.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26