BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Atasının danladığı 9-cu sinif şagirdi intihar etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. Yaxınları onun meyitini səhər saat 6 radələrində aşkar ediblər.

İntihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, A.Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alırmış./report

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26