BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul etdi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Şəmkir şəhərində vətəndaşları qəbul edib.

İstixeber.info xəbər verir ki, qəbulda Şəmkir və Gədəbəy rayonlarından olan ümumilikdə 17 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26