BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Araz” marketin Bərdə filialının müdiri 9 min AZN borca görə intihar edib – İDDİA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bərdə şəhərində “Araz minimarket” filialının müdiri İsgəndərov Tofiq İlham oğlunun intiharının səbəbi məlum olub.

İstixeber.info xəbər verir ki, Tofiq İsgəndərovun yaxınlarının BAKU.WS-ə verdiyi məlumata görə, onun marketlər şəbəkəsinə 12 min manat borcu olub. 3 min manatını qaytara bilsə də, 9 min manat şirkətə borclu qalıb. Ona borcun qaytarılması üçün aprelin 15-dək vaxt verilsə də, T.İsgəndərov marketin pulunu TOPAZ-da uduzduğundan borcunu ödəyə bilməyib. Çıxış yolunu isə özünü öldürməkdə görüb.

“Araz” marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova isə bildirib ki, hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Əmirova, Tofiqin şirkətə heç bir borcu olmadığını, hadisənin motivinin hüquq-mühafizə orqanı əməkdaşlarının araşdırmasından sonra bəlli olacağını bildirib.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015-cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26