BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YAP Bərdə rayon təşkilatının Gənclər birliyi ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci il dönümünə aid intellektual yarış keçirib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının Gənclər birliyi ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci il dönümünə aid intellektual yarış keçirib.

İstixeber.info xəbər verir ki, tədbiri YAP Bərdə rayon təşkilatının Gənclər birliyinin sədri Elşən Məmmədov açaraq Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan, dahi şəxsiyyət Heydər Əliyev haqqında danışıb. O, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib.

Sonra Yap Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynamışdır. O, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişdir.

Bərdə rayon Gənclər İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək bildirmişdir ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

Yarışın nəticəsinə əsasən gənc YAP üzvlərindən İlkin Tağıyev 1-ci, Fəxri Əliyev 2-ci, Saray Quliyeva 3-cü yeri tutmuşlar.

       

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26