BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ANS-in yoxluğu Azərbaycanın apardığı informasiya müharibəsində boşluqlar yaradıb” — Deputatdan Vahid Naxışa DƏSTƏK


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“ANS Azərbaycan həqiqətlərini dünyaya tanıdan və dövlət müstəqilliyimizin möhkəmlənməsinə çalışan telekanal olub. Bu telekanalın yoxluğu Azərbaycanın apardığı informasiya müharibəsində müəyyən boşluqlar yaradıb. Hesab edirəm ki, bu telekanalın açılması Azərbaycan dövlətinə yalnız faydalar verə bilər”.

İstixəber.info xəbər verir ki,Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanın keçmiş Baş nazirinin birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Vahid Əhmədov deyib ki, Azərbaycanın müstəqilliyinə gedən yolunda və müstəqillik illərində ANS xalqa həqiqəti çatdıran peşəkar televiziya kanalı olub:

“Hər birimizin bu kanalla isti münasibəti var idi. Azərbaycan xalqını və dövblətini narahat edən məsələləri ANS daim diqqətdə saxlayıb, bununla bağlı verilişlər hazırlayıb, biz də həmin verilişlərdə iştirak etmişik”.

 

Related image

Deputat qeyd edib ki, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev (Vahid Naxış) kifayət qədər böyük təcrübəyə malik olan vətənpərvər və dövlətçiliyi sevən jurnalistdir:

“Vahid Mustafayevə böyük hörmətim var. O, özünə hörmət edən jurnalistdir. Onun qurub yaratdığı ANS televiziya kanalı Azərbaycan həqiqətlərini dünyada tanıdıb. ANS-in zəngin arxivi var idi. Azərbaycanın 1988-ci ildə və sonrakı vaxtlarda başına gələn bəlaların hamısını ANS lentə alıb. Eyni zamanda ANS TV-də kifayət qədər təcrübəli jurnalistlər olub. Biz mütəmadi olaraq onların çıxışlarını izləmişik. Onlar xalqımız da rəğbətini qazana biliblər”.

 

Image result for Vahid Mustafayev

Xatırladaq ki, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Gununsesi.org-a açıqlamasında telekanalın bərpası məsələsinin hər zaman gündəmdə olduğunu bildirib:

“Biz bu zərurəti hər zaman hiss edirik. Dəfələrlə bəyan etmişik ki, biz bu Dövlətin, Xalqın əsgərləriyik. Vətən nə zaman çağırsa, xidmətə hazırıq! 2 ildən çoxdur, ANS fəaliyyət göstərmir və bunun ümumi ölkə mediasına, dünyada gedən informasiya müharibəsində Azərbaycanın xəttinə, o cümlədən günü-gündən inkişaf edən sosial şəbəkələrdə gedən savaşlarda, Qarabağ probleminin həllində, vaxtilə ANS-in nəzarətində olan vacib və strateji mövqelərinə ciddi və mənfi təsiri göz qabağındadır. Nə baş verir? Hər bir inkişaf etmiş cəmiyyətdə problemlər mövcuddur və onların media vasitəsilə işıqlandırılması zəruridir. Bu işığın qarşısını almaq mümkün deyil və mən heç inanmıram ki, kimsə tam zülmətdə yaşamaq istəyir… Düstur çox bəsitdir – pəncərələri bağlayaraq, təbii gün işığının qarşısını alanda millət elektrik və ya elektron işıqlardan istifadə edəcək və bu işıq süni olduğundan müxtəlif çalarları, spektral tərkibi, intensivliyi və gündəlik dinamikası ilə gözlənilməyən yan effektləri yaradacaq”.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26