BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ANA ÖLÜMÜNƏ GÖRƏ CİNAYƏT İŞİ AÇILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Zaqatala rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

İstixəbər.info-un Report-a istinadən verdiyi məlumatına görə, sentyabrın 5-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızının doğuş zamanı ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Tibb işçisinin (yaxud işçilərinin) günahları sübuta yetiriləcəyi təqdirdə onları iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, sentyabrın 5-də Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26