BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Amerikaya köçən azərbaycanlı məşhurun başına iş gəldi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bir müddətdir ki, Amerikada yaşayan həyat yoldaşının yanına köçən aparıcı Günel Hümbətovanın səhhətində problemlər yaranıb.

İstixeber.info xəbər verir ki, bu barədə həmyerlimiz özü instaqramda məlumat verib. O, bildirib ki, səhhətində bir neçə gün problem yaransa da, hazırda özünü yaxşı hiss edir:

“Həyatda ən önəmli şeyin sağlamlıq olduğunu bilirik. Bu haqda çox eşidirik və artıq çox klişeləşib. Amma bu, həqiqətən belədir. Buna son 2 gündə əmin oldum. Bu cür şeyləri paylaşmağı sevmirəm, amma dünən həyatımın ən çətin gününü yaşadım. Sonsuz dərəcədə olan pozitiv ruh halım yox oldu və həqiqətən xəstəliklərin qarşısında necə aciz olduğumuzu, sağalmaz diaqnoz qoyulan insanların vəziyyətini anladım. Allah hər kəsə şəfa versin. Narahat olmayın, mən yaxşıyam”.

Həmçinin o da məlum olub ki, aparıcı ABŞ-a birdəfəlik köçməyə qərar verib. Müsahibələrində tez-tez Bakısız qala bilmədiyini deyən G.Hümbətova həyat yoldaşının yanında yaşamalı olduğunu qeyd edib.

Qeyd edək ki, özbək vətəndaşı ilə ailə quran aparıcının nikahından bir qızı var. (publika.az)

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26