BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Alpinistlərin Quba səfəri və 5-ayın donmuş səyahəti….(Yenilənib)Meyitlər artiq ailələrinə təhvil verilib.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info -olaraq xəbər veririk ki, 5 -ay dan çox bir müddət keçməsinə baxmayaraq axtarışları davam etdirilən alpistlərin nəhayət soyuqda donmuş cəsədləri 16 -may 2018 -ci il tarixində itkin düşdükləri yerdən tapılaraq çıxarıldı… Və aldığımız son məlumata görə meyitlər ailələrinə təhvil verilib.2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayan, Gilavar Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyitləri  gecə saat  02:40 -da radələrində itkin düşdükləri Tufandağ istiqamətindən   çətinliklədə olsa, xüsusi nəqliyyat vasitəsilə  Xınalıq kəndinə, gecə saat 03:26-da isə Xınalıqdan Quba şəhərinə gətirilib. Alpinistlərin meyitləri ilk öncə  Quba Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb. Meyitlər müayinə olumaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə, daha sonra isə ailələrinə təhvil veriləcək. Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşının bildirdiyinə görə, alpinistlərin meyitləri axtarış qərargahından 5- km aralıda tapılıb. Meyitlər tanınan haldadır. Gec tapılmalarına səbəb isə ərazidə qurduqları çadırın qalın qar qatının altında qalması olub. Alpinistlərin istirahət vaxtı olduğundan onlar heç bir tərəfə hərəkət edə bilməyib və dünyalarını dəyişiblər.

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər.

Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

         Allah rəhmət eləsin!

 

Rəşad Ağaşirinov:Baş redaktor

İstixəbər.İnfo İnformasıya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26