BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Almaniyada üzüm oğurluğu: üzüm bağından bütün məhsul aparılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Istixəbər.info BBC Azərbaycana istinad edərək xəbər verir ki,Almaniyanın cənubunda polis üzümlük sahəsindən bütün üzümü yığışdırıb aparan oğruları axtarır.Onlar üzümü sahədən kombaynlarla yığıb aparıblar, polisə istinadən yerli Rheinpfalz qəzeti yazıb.Polisi ən çox əsəbiləşdirən cəhət qarətin uçqar ərazidə yox, əksinə, Deidesheim kəndinin kənarındaki böyük supermarketin avtomobil parkının qonşuluğunda baş verməsidir.İmkanlı qarətçilər işlərini ötən çərşənbə günü hava qaralandan sonra görüblər.Qarətçilərin apardıqları üzüm məhsulunun çəkisi 1,600 kq təşkil edib.Oğurlanan üzüm ağ üzüm olub, belə ki, bu növ üzümdən Riesling şərabının hazırlanmasında istifadə olunur.Oğurlanan üzümün qiyməti 8,000 avro (15,694 manat) məbləğində dəyərləndirilir.Polis hadisə barədə istənilən məlumatı öyrənməkdə maraqlıdır, çünki baş verən hadisə bu bölgədə ilk üzüm oğurluğu deyil.Keçən il qonşu Duerkheim vilayətində 600-800 kg üzüm oğurlanmışdı.Almaniyanın 13 şərabçılıq rayonundan altısı Rhineland-Palatinate bölgəsində yerləşir.Bu bölgədəki 13,000 üzümlük sahəsi Almaniyanın şərab ixracının 90 faizini təmin edir.Yerli şərabçılar oğurluğu rəqib üzümlüklərin sahibkarları törətdiyindən şübhələnirlər.Diqqəti çəkən oğruların məhz seçmə üzümü yığması, onu yetişən kimi və özü də ki, xüsusi texnikanın vasitəsilə toplamaları olub.”Səbəb paxıllıq ola bilər”, – üzümlük sahəsi iki il əvvəl qarət olunmuş Stephan Altmann Die Welt qəzetinə bildirib.Yerli polis əlavə edib ki, hava qaralandan sonra məhsulyığan texnikanın ətraf sahələrdə işləməsi adi praktika olduğundan, qarətçilərin hərəkətindən şübhələn olmayıb.France 3 TV televiziya kanalı isə Deisdesheim şərabçılarına qonşu Fransanın Soultz-Haut-Rhin bölgəsinin fermerlərinin təcrübəsini öyrənməyə məsləhət görüb. Fransız şərabçıların sözlərinə görə, ətraf mühit rəsmiləri üzümlüklər yerləşən ərazidə atlarda keşik çəkməyə başlayandan bəri ərazidə qarət hadisələrinin sayı azalıb.

 

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26