BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğlu ilə görüşdü – Fotolar


Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğlu ilə görüşdü – Fotolar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov öz evində Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovu qəbul edib.

İcra hakimiyyətindən İstixeber.info-ya verilən məlumata görə, görüş zamanı Kürdoğlu Əsgərovun icarə götürdüyü torpaq sahəsi ilə bağlı müzakirələr aparılıb. K.Əsgərova ərazinin çay yatağı olduğundan icarəyə götürülməsi üçün aidiyyətli qrumlar-FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müsbət rəy verilməsinin vacibliyi bildirilib. Vurğulanıb ki, Əsgərov torpaq sahəsini icarəyə götürmək üçün müraciət etdiyi anda dərhal aidiyyətli orqanlara Şəmkir RİH tərəfindən rəsmi müraciət ünvanlanıb.

REKLAM

Müzakirə zamanı məlum olub ki, məsələnin kökündə qısa anlaşılmazlıq olub. Torpağın icarə müqaviləsini artırmaq üçün vətəndaş tərəfindən aidiyyatı dövlət orqanlarının rəyi gözlənilməlidir. Çay süfrəsi arxasında keçirilən görüşdə Alimpaşa Məmmədov hər zaman olduğu kimi, bundan sonra da Kürdoğlu Əsgərova yaxından dəstək olacağını, məsələnin həll olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.


İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26