BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ailənin xoşbəxt və uzunömürlü olması üçün İmam Əlinin tövsiyəsi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ailə – ilk isti ocaqdır ki, insan orada öz şəxsiyyət və mənəviyyatını formalaşdırar və inkişaf edər. Ailənin hər bir üzvü çalışar ki, onu davamlı etsin və ailə mühiti səmimi bir mühit olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah bir ailəni sevsə, mehribanlıq və gözəlliyi həmin ailəyə daxil edər”.

İmam Əlinin (ə) nəzərinə görə, iffətli qadınlar İlahi mələklər kimidirlər. Onların bu iffəti Allah yolunda cihad etməkdən və şəhid olmaqdan daha üstündür. İmam (ə) ailə mühitini qorumaq və naməhrəmi ailə hərəminə buraxmamağı qadının kamalı hesab edir.

İstixəbər.info deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) oğluna belə nəsihət verir: “Oğlum! Qadınlar bahar gülləri kimidirlər, nəinki çalışqan pəhləvandırlar. Ona görə də onlardan gücləri çatandan artığının intizarında olma. Onları heç bir zaman əziyyət verərək təhrik etmə ki, onlar bədən və ruhi güclərinə görə zəifdirlər”.

Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə”də kişilərə tövsiyə edir ki, qadınların geyimlərinə və rabitələrinə diqqət etsinlər ki, bu əməl qadının paklığını və salamatlığını qorumaq üçün ən yaxşı əməldir. Ancaq bu əməl o mənada deyildir ki, kişi yersiz qeyrət və təəssübkeşlik göstərsin. Çünki yersiz qeyrət göstərmək düz yolda olanı xəstə edər və iffətlini bədgümana salar.

İmamın (ə) nəzərinə görə, bir ailənin xoşbəxt və uzunömürlü olmasının tək amili vardır, o da xoş əxlaq və bir-birinin ehtiyaclarını təmin etmək üçün səy göstərməkdir. İmam (ə) buyurur: “Əgər ailə üzvlərinin qəmini aradan aparsaq və qəlblərini şad etsək, Allah bu şadlığı bizim üçün lütf qərar verər ki, ruzigarın qəmi zamanı zülal su kimi bizim üzərimizə yağar və qəm və qüssələrimizi yuyar”.

İmamın (ə) nəzərinə görə, qadının ən yaxşı cihadı – ərinə yaxşı həyat yoldaşı olmaqdadır. Kişilərə tövsiyə edir ki, qadınlarla heç bir zaman kobud rəftar etməsinlər, onları incitməsinlər. Bu rəftar hətta cahiliyət dövründə belə məzəmmət olunardı.

Əgər ailədə səmimiyyət və qarşılıqlı anlaşma olarsa, hər iki tərəf bir-birinə qarşı gözəl əxlaq nümayiş etdirərsə, o zaman o ailə Allahın nəzər saldığı ailə olar. Belə bir ailənin hər bir üzvü özünü daha xoşbəxt və əmin-amanlıqda hiss edər. Bu ailənin fərdi və ictimai hüzuru artar, iş mühitində daha nəzmli olar, elmi səviyyəsini yüksəldər, həyalı, iffətli övladlar tərbiyə edər. Bu cür ailənin hər bir rəftar və əxlaqı cəmiyyətə də sirayət edər.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26