BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ağsu sakini evində diri-diri yanaraq öldü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ağsu şəhəri, Mikayıl Müşfiq 17 ünvanında yanğın baş verib.

İstixəbər.info xəbər verir ki, baş verən yanğın zamanı ev sahibi ölüb.

Hadisə gecə 04:00 radələrində qeydə alınıb. Bir anda alovlanan ev yanmağa başlayıb. Bir mərtəbəli, iki otaqlı evdə qeydə alınan yanğın zamanı ev sahibi, Ağsu şəhər sakini, 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlu yanaraq ölüb.

Onun yanmış meyiti otaqdan tapılıb. Məlumata görə, o, evli və üç uşaq atası olub. Yanğın zamanı ailə üzvləri evdə olmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır./Oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26