BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

AĞDAŞDA KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ QANUNSUZ DÖVRİYYƏDƏN ÇIXARILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini Kamran Xandadaşov saxlanılıb. Onun ətrafında aparılan araşdırmalarla narkotik vasitələri əldə etdiyi mənbə də aşkar edilib. K.Xandadaşov 1 ədəd kibrit qutusundakı qurudulmuş marixuananı rayonun Pirəzə kənd sakini Ziya Əliyevdən aldığı müəyyən edilib. Z. Əliyevin yaşadığı evinə baxış keçirilən zaman satış məqsədilə saxladığı 10 ədəd müxtəlif sellofan torbalarda ümumi çəkisi 4 kq 935 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26