BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ağdaşda idman müəllimi öldürüldü — YENİLƏNİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb.

Belə ki, Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik zəminində baş verib. Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub. Bu gün baş verən qətldən əvvəl də hər iki tərəf arasında çoxsaylı münaqişə yaşanıb. Hadisəni törədən Hüseyn adlı gənc daha sonra polisə təslim olub.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

***

İstixəbər.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Nizami adlı idman müəllimi həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb. Hadisənin şəxsi zəmində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26