BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mən özüm həmin 5 işçinin ailəsinə maaşından da çox hər ay maddi yardım edəcəyəm.

İstixeber.info xəbər verir ki, müğənni Afət Fərmanqızı Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu “Pəncu şeş” adlı qalmaqallı mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı üçün vəkil tutub.

Bu barədə Modern.az-a A.Fərmanqızı özü məlumat verib.

A.Fərmanqızı bildirib ki, məsələni özü ictimailəşdirib: “Dünən gecədən etibarən yata bilmirəm. Dostlardan da xahiş etdim ki, dəstək olsunlar. İşdən çıxarılanlar məndən kömək istədi. Mən də vəkillə danışdım. Onlara hüquqi yardım etmək üçün Vəkillər Kollegiyasının rəhbərliyilə əlaqə saxladım. Bu məsələ həllini tapmasa, məhkəməyə müraciət edəcəyik”.

Müğənni media vasitəsilə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət edib:

“Burada qəbahət heç nə yoxdur. Həkimlər özü pozitiv olmalıdır ki, xəstələri sağalda bilsinlər. Sağlam bədəndə sağlam ruh olar. Onsuz da bütün günü neqativlə yüklənirlər. Mən 10 dəqiqəlik də olsa oxuduğum mahnı ilə insanlara pozitivlik bəxş edirəmsə, özümü xoşbəxt hiss edirəm. Onların müraciəti də məndə var. Guya özləri öz xahişlərilə işdən çıxarılıb. Məgər 5 nəfərin birdən başına hava gəlib ki, “bizi işdən çıxarın, ac qalaq” deyirlər? Aidiyyəti orqanlardan xahiş edirəm ki, səsimizə səs versinlər. İnsanları bu gözəl dövlətimzidən lüzumsuz səbəblər üçündən narazı salmasınlar”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26