BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Adın şərəflidir sənin ey qadın…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

8 mart Beynəlxalq Qadınlar Günü dünyanın əksər ölkələrində qeyd olunan sevilən bayramlardandır. Bu bayramın bir özəlliyi də budur ki, bəzən ən çətin sahələrdə çalışanlar birgə işlədikləri qadınların zərifliyi, qayğıkeşliyi ilə yanaşı həm də əməyinə, fədakarlığına və digər üstün keyfiyyətlərinə bir daha nəzər salır, bir daha xanımları yüksək dəyərləndirir.

Polis peşəsi ağır olduğu qədər də dəyərlidir, gərəklidir. Bu sahədə çalışan xanım əməkdaşların hər birinin fəaliyyəti, işə münasibəti bir o qədər qiymətlidir. Kəmalə Quliyeva daxili işlər orqanlarında xidmət edən, öz cəsarəti, mərdliyi ilə xanım polis zabitlərindəndir. İki ali təhsil alıb. Daxili işlər orqanlarında xidmətə 2012-ci ildə qəbul olunub. 1 ildən artıqdır ki, Mingəçevir Şəhər Polis Şöbəsinin maliyyə hissəsinin rəisi vəzifəsində çalışır. Bir çox üstün keyfiyyətləri özündə cəmləşdirən Kəmalə xanım şərəfli və çətin peşədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Daşıdığı polis forması məsuliyyətini daha da artırır. Xidməti ilə qürur keçirir. Kollektivdə ona hər zaman hörmətlə yanaşıldığını, qarşılaşdığı çətinliyin aradan qaldırılmasında yaxından köməklik göstərildiyini bildirir. O, gözəl xanım, asayiş keşikçisi olmaqla yanaşı həm də qayğıkeş və mehriban 3 övlad anasıdır. Arzusu budur ki, övladları da tərbiyəli, vətənpərvər, ölkəmizə layiqli olsunlar.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26