BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Adı məhşur olan qəsəbənin iki məhşur palçıqlı küçəsi – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Redaksiyamıza Qaradağ rayon Səngaçal qəsəbəsindəki yolların bərbad vəziyyətdə olması ilə bağlı video material daxil olub.

Sakinlər iddia edirlər ki, Bakı-Qazax magistiral yolunun kənarında yaşayırıq. Yollarımız çox bərbad vəziyyətdədir. Qəsəbənin bir neçə küçəsi asfaltlaşdırılıb amma bu küçə baxımsız qalıb. Qış aylarında isə bu küçə lap acınacaqlı vəziyyətə düşür.

Məsələ ilə bağlı Qaradağ rayonu Səngəçal qəsəbəsi üzrə icra nümayəndəsi Zaur Məmmədovla əlaqə saxladıq. Zaur müəllim bildirdi ki, qəsəbədə asfalt olunmalı iki küçə qalıb. Bu küçələr: Məmmədyarov və Massiv -1 küçələridir. Həmin küçələrin təmir olunması ilə bağlı müraciət etmişik və müsbət cavabda gəlib. İnşallah yaxın zamanlarda bu küçələr tam şəkildə təmir olunaraq əhalinin istifadəsinə veriləcək.

Sadalanan küçələrin dəqiq nə zaman təmir olunacağı vaxtını öyrənmək üçün “Azəryol Servis SC -nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar müəllim İstixəbər.info-ya açıqlamasında bildirdi ki, qəsəbə daxili yolların təmiri ilə bağlı məsələlər bizim balansımızda deyil. Bu məsələnin həllini İcra nümayəndəliyi və bələdiyyə daha yaxşı bilər. Hər halda söz veriblərsə yaxın zamanlarda yol təmir olunub istifadəyə veriləcək.

Hörmətli Səngəçal qəsəbə sakinləri sizin yol ilə bağlı İstixəbər.info saytına etdiyiniz müraciəti işıqlandırdıq və aidiatı qrumlar məsələnin həlli üçün çalışdıqlarını söylədilər. İnşallah yaxın zamanlarda sizində küçələriniz abadlaşar və istifadəyə verilər..

İstixəbər.info Qaradağ rayonu Səngəçal qəsəbəsi 2018 ci il

Baş redaktor: Rəşad Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26